FlashKart veb-səhifəsindən istifadə etməklə siz aşağıdaki şərtlərə və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.


FlashKart veb-səhifəsində olan loqotiplər FlashKart veb-səhifəsinə məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda FlashKart şirkətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz.


Bu veb-səhifənin məzmunu və proqram təminatı FlashKart şirkətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda FlashKart öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir. İstifadəçilər bu veb-səhifənin bütün səhifələrinə keçid edə, orda qeyd olunan məlumatları öz şəxsi istifadəsi üçün saxlamaq hüququna malikdirlər. İstifadəçilər heç bir halda hər-hansı bir məqsədlə veb-səhifəsindəki materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə yaya bilməz.


Biletlərin geri qaytarılması siyasəti


Alınan biletin yalnız müştərinin seansdan 3 saat öncə bildirdiyi halda qaytarılması mümkündür. Müştərinin sorğusundan sonrakı 5 iş günü ərzində Flash Kart tərəfindən müvafiq banka ödənişin geri ödənilməsi ilə bağlı müraciət edilir və bank müəyyən olunmuş müddət ərzində müştərinin kart hesabına ödənişi geri qaytarır.

Dəniz Mall, Bakı, Azərbaycan

Həftəiçi: 12:00–22:00
Həftəsonu: 10:00–22:00